Məşhur Afrika klubu Branimir Subaşiçə dəvət göndərib
12.02.2010 - 15:49
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç karyerasını Misirdə davam etdirə bilərmiş. Apasport.az saytının məlumatına görə, Afrikanın ən məşhur klublarından olan “İsmailiyyə” 28 yaşlı hücumçunun transferində maraqlı olub.
Afrika Çempionlar Liqasının məsul oyunları ərəfəsində hücum xəttini gücləndirmək niyyətində olan “İsmailiyyə” rəhbərliyi hətta serb futbolçunun “Srvena Zvezda”dan transferi üçün danışıqlar aparıblar. Lakin 49 illik fasilədən sonra yenidən Afrikanın ən yaxşısı olmağa çalışan 3 qat Misir çempionunun Subaşiçlə bağlı arzuları baş tutmayıb. Buna tərəflər arasında razılığın əldə olunmaması səbəb olub.
Qeyd edək ki, “İsmailiyyə” son Misir çempionatında yalnız “Əl-Əhli”dən geri qalaraq gümüş mükafata layiq görülüb.

0
0