Azərbaycanlı milyarder rus klubuna sponsorluq edəcək
12.02.2010 - 16:43
Azərbaycanlı milyarder Telman İsmayılov Qroznının “Terek” klubuna sponsorluq edəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bu komandaya himayədarlıq etmək fikrindədir. Bu barədə “Terek”in vitse-prezidenti Haydar Alxanov Qroznıda keçirdiyi mətbuat konfransında bildirib ki, növbəti mövsümdə iki sponsor klubun büdcəsinə böyük məbləğdə sərmayə qoyacaq: “Bunlar “ZATO-Bank” və Çerkizovo bazarının keçmiş sahibi olan biznesmen Telman İsmayılovdur. İsmayılovla sponsorluqla bağlı razılıq yaxınlarda əldə olunub. “ZATO-Bank”la anlaşma isə klubumuzun prezidenti Ramzan Kadırovun vasitəçiliyi sayəsində mümkün olub. Hər iki sponsorun sərmayəsi kifayət qədər olacaq və bu, bizim kluba yeni mövsümü qayğısız keçirməyə imkan verəcək”.
0
0