Maurinyonun gününü qara eləyiblər...
12.02.2010 - 16:54
İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyo bir həftəlik fasilədən sonra növbəti dəfə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, İtaliya Futbol Federasiyası portuqaliyalı çalışdırıcını 18 min avro cərimələyib. Buna ötən ay “Milan”a qarşı keçirilmiş derbidən sonra Maurinyonun federasiya rəhbərliyini kəskin tənqid etməsi səbəb olub.
Həmin qarşılaşmada komandası 2:0 hesablı qələbə qazanmasına baxmayaraq, təcrübəli mütəxəssis bildirmişdi ki, “İnter”in qalib gəlməməsi üçün İtaliyada hər şey edirlər. Üstəlik klubun icraçı direktoru Ernesto Paolillo da 20 min avro cərimə ödəyəcək.
Qeyd edək ki, Maurinyo ötən həftə də dilinin bəlasına düşmüşdü. O, ötən il dekabrın 13-də A seriyasında “Atalanta” ilə qarşılaşmanın ardından Andrea Ramazotti adlı jurnalisti təhqir etdiyindən, 13 min avro cərimələnmişdi.

0
0