Foqts AFFA-da məşqçilərlə görüşdü - FOTO
12.02.2010 - 18:16
Foqts AFFA-da məşqçilərlə görüşdü - FOTO
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts azərbaycanlı həmkarları ilə görüşüb. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın inzibati binasında baş tutan görüşdə “Azercell U-17 liqa”, “Kapital Bank U-15 liqa” və U-13 liqasında çıxış edən komandaların məşqçiləri iştirak ediblər. AFFA-nın baş katibi Elxan Məmmədovla assosiasiyanın texniki direktoru Bernhard Lippertin da qatıldığı toplantıda qeyd olunan turnirlərin daha da yüksək səviyyədə keçirilməsi, bu liqalara peşəkar münasibətin vacibliyinə xüsusilə toxunulub. Görüşdə futbolçuların yaşlarının azaldılması ilə bağlı üzə çıxan problemlərdən söhbət açılıb, bu halların baş verməməyi üçün hər məşqçinin də üzərinə böyük məsuliyyət düşdüyü bildirilib. Foqts görüşdə iştirak edən məşqçilərə müvafiq tövsiyələrini verib.