Türkiyə millisinin qapıçısının bank hesabı soyulub
12.02.2010 - 19:08
Türkiyə millisinin qapıçısının bank hesabı soyulub
Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun qapıçısı Volkan Dəmirəlin bank hesabından böyük miqdarda pul çıxarılıb. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, bunu müəyyənləşdirən Volkan Dəmirəl dərhal İstanbul Prokurorluğuna üz tutub.

Prokurorluqda ifadə verən qapıçı şikayətçi olduğunu bildirib. Məsələ ilə bağlı araşdırma aparılır.