Azərbaycanda oynayan və itkin düşən futbolçu tapıldı
13.02.2010 - 15:37
İmişlinin “MKT-Araz” klubunun itkin düşən sabiq futbolçusu Artyom Bezrodnı tapılıb. Apasport.az saytının məlumatına görə, Rusiya yığması və Moskva “Spartak”ında çıxışları ilə tanınan 31 yaşlı yarımmüdafiəçi uzun müddətli susqunluğa son qoyub.
Azərbaycanı tərk etdikdən, daha doğrusu qaçdıqdan sonra qeyb olan Bezrodnı Rusiya mətbuatına müsahibəsində harada olduğunu açıqlayıb: “Yerli birincilikdə oynayırdım. Sumı vilayətinin çempionatında çıxış edən “Avtolüks”də forma geyinirdim. Özü də əvəzolunmadan. Orada ən yaxşı oyunçu, ən yaxşı hücumçu kimi mükafatları da qazandım. Yerli “Spartak”la məşq etdim. Meydançalar pis vəziyyətdədir. Əgər bizim sevimli həkimimiz Yuri Vasilkov bu meydanları görsəydi, nəinki oynamaq, heç yerə ayaq basmağa icazə verməzdi. Mən elə kondisiyalar yığmışam ki, heç 20 yaşında belə deyildim. Çəkimdə ağırlıq yoxdur. 74 kiloqramam, fiziki hazırlığım da öz yerindədir”.
Bezrodnı bəzilərinin onun itkin düşməsini düşünməsi ilə razılaşmır: “Məni itirib-axtaran yox idi. Mən də heç kimi axtarmırdım. Nədənsə, ürəyim istəmirdi. Artıq 6 ildir. Moskva vilayətinin Sergiyev Posad şəhərində qeydiyyatdayam. Ən azı 3 aydan bir Rusiya ilə Ukrayna sərhədini keçirəm. Yəni, heç yerə də itməmişəm. Sadəcə bir az təvazükar insanam. Buna görə atam indiyədək məni danlayır”.
“MKT-Araz”da oynadığı vaxt İmişli qəbiristanlığında yatdığı və bunun üçün döyüldüyü haqda xəbərlər yayılan Artyom niyə qeybə çəkilməsinə də aydınlıq gətirib: “Məni zədələr bezdirmişdi. Həkimlər və əməliyyatlar da kömək etmirdi. Mən də düşündüm ki, bütün müalicə boş şeydir. Bilirsiniz, bu zədəmi özüm sağaltdım. Bir ağıllı adamın məsləhəti ilə əzələdəki problemi həll etdim”.
Qeyd edək ki, Bezrodnı Azərbaycan çempionatının 2004/05 mövsümündə “MKT-Araz”da çıxış edib.

0
0