Böyükağa Hacıyev: Komandama bəraət qazandırmıram
13.02.2010 - 16:02
“Bu gün "Olimpik-Şüvəlan" layiqli qələbə qazandı”. Apasport.az saytının xəbərinə görə, bunu “Standard” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Olimpik-Şüvəlan”la oyun sonrası mətbuat konfransında deyib.
XX turu məğlubiyyətlə başa vuran Sumqayıt təmsilçisinin çalışdırıcısı ad çəkməsə də. Bəzi futbolçularının zəif oynadığını vurğulayıb: “Ayrı-ayrı futbolçuların adını çəkmək istəmirəm, amma ümumilikdə komandanın oyunundan razı qalmadım. Bunun səbəbini araşdıracam, əvvəlki turlarda güclü rəqiblərlə qarşılaşmağımız komandada yorğunluq yaradıb. Ancaq mən komandama bəraət qazandırmıram”.
Qeyd edək ki, "Olimpik-Şüvəlan"ın hücumçusu İsmael Fransisko "Standard"la oyunda dubl edərək, komandasına qələbə qazandırıb – 2:0.

0
0