“Qarabağ” üçün qara sindrom
15.02.2010 - 11:27
“Qarabağ” üçün qara sindrom
Fevralın 17-də keçiriləcək Unibank Premyer Liqasının XXI turu liderlərin qarşılaşması ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, hazırda turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan “İnter” və “Qarabağ” Quzanlı qəsəbəsində üz-üzə gələcək.

Bu rəqiblərin Azərbaycan çempionatları tarixində 21-ci oyunu olacaq. İndiyədək bakılılar 8, ağdamlılar isə 7 qələbə qazanıb. Daha 5 görüşdə isə qalib müəyyənləşməyib. Lakin əyalət təmsilçisi paytaxt klubuna qarşı sindromla üzləşib.

Belə ki, “Qarabağ” artıq 4 ildir “İnter”i məğlub edə bilmir. Sonuncu dəfə 2006-cı il aprelin 16-da 1:0 hesabı qalib gələn Ağdam təmsilçisi 1403 gündür rəqibi ilə bacarmır. Bu müddətdə baş tutan 7 çempionat qarşılaşmasında 5 dəfə paytaxt klubu qələbə qazanıb. “Qarabağ”ın qazancı isə cəmi 2 xal olub.

“Qarabağ” – “İnter”: bütün oyunlar

 

“Qarabağ”ın meydanı

“İnter”in meydanında

1999/2000

2:0

0:0

2000/01

3:0

0:0

2001/02

1:2

2:1

İkinci mərhələ

Baş tutmayıb

1:1

2003/04

3:1

2:0

2004/05

3:1

0:1

2005/06

1:0

0:2

2006/07

0:1

0:1

2007/08

0:1

0:1

2008/09

1:1

1:1

2009/10

 

1:2