Hara uçursan, “Simurq”?
15.02.2010 - 11:40
Zaqatalanın “Simurq” komandası tarixinin ən pis günlərini yaşayır. Apasport.az saytının hesablamalarına görə, ukraynalı mütəxəssis Roman Pokoranın çalışdırdığı klub ardıcıl 9 oyundur qələbə üzünə həsrət qalıb. İlk dövrədən sonra “qızıl xallar”da lider olan “Simurq” 2010-cu ilə ardıcıl üç məğlubiyyətlə başlamaqla, vəziyyətini xeyli pisləşdirdi.
Əslində, uğursuzluq hələ keçən ildən başlayıb. II dövrədə qələbənin nə olduğunu bilməyən son bürünc mükafatçı həmin 9 oyunun 5-də heç-heçə edib, 4-də uduzub. II dövrədə cəmi 5 xal qazanan Zaqatala təmsilçisi əvəzində 22 xal itirib. Axırıncı qələbə ilk dövrənin son turunda evdə “Turan” üzərində qazanılıb – 2:1. Həmin görüşün ötən ilin noyabrın 21-də keçirildiyini nəzərə alsaq, zaqatalalılar demək olar üç aydır qələbəyə həsrətdirlər.
Qış fasiləsində “üçhakimiyyətliliy”i təşkil edən “Simurq”un “İnter” və “Qarabağ”la xalları eyni idi. Ancaq II dövrədə uğursuz oyunlar seriyası nəticəsində komanda turnir cədvəlinin aşağılarına yuvarlanaraq, ilk “altılıq”dan kənarda qaldı. Hazırda 7-ci pillədə olan “Simurq”un “altılığ”a düşmək şansı “Neftçi” və “Qəbələ” ilə müqayisədə azdır. Əslində, Pokoranın komandasının “altılığ”a düşməsi “Neftçi” və “Qarabağ”a sərf etmir. Çünki bu iki komanda “Simurq”la iki oyunlarda 1 xal toplayıb. “Altılıq” iştirakçılarından yalnız “Xəzər-Lənkəran”ın “Simurq”u hər iki görüşdə yendiyini nəzərə alsaq, zaqatalalıların ora düşməsi daha çox bu komandaya sərf edir.
2005-ci ildə yaranan “Simurq” həmin mövsüm birinci divizionda çıxış etməklə, güclülər dəstəsinə vəsiqə qazandı. Komanda həmin vaxtdan, yəni 2006-cı ildən bu yana Pokoranın rəhbərliyi altında çıxış edir. “Simurq”un belə uğursuzluq oyunlar seriyasını tarixinin antirekordu saymaq olar. Ancaq bu, bütün milli çempionatların, elə cari mövsümün də antirekordu demək deyil. Cari mövsümdə antirekord son pillədə gedən “Karvan”a məxsusdur. Belə ki, Yevlax təmsilçisi növbəti qələbəsini qazanmaq üçün 14 oyun gözləməli oldu. Ancaq bu, mükafatlar uğrunda aparan “Simurq” üçün təsəllidən başqa bir şey deyil. Üstəlik, “Karvan”ın qış fasiləsindən sonra startda “Simurq”dan gözlənilmədən 3 xal aldığını nəzərə alsaq, komanda arzuolunmaz rəqibin göstəricisi ilə təsəlli tapmağı da arzulamaz.
Qeyd edək ki, “Simurq” Unibank Premyer Liqasının növbəti turunda evdə “Olimpik-Şüvəlan”la, son turda səfərdə “Turan”la görüşəcək.
İkinci dövrə
XII tur
28 noyabr
“Simurq” – “Qəbələ” – 1:1
XIII tur
6 dekabr
“Muğan” – “Simurq” – 0:0
XIV tur
9 dekabr
“Simurq” – “Standard” – 1:1
XV tur
13 dekabr
“Simurq” – “Bakı” – 1:2
XVI tur
20 dekabr
“Qarabağ” - “Simurq” – 0:0
XVII tur
26 dekabr
“Simurq” – “Neftçi” – 0:0
XVIII tur
3 fevral
“Karvan” – “Simurq” – 3:2
XIX tur
9 fevral
“Simurq” – “Xəzər-Lənkəran” – 1:2
XX tur
13 fevral
“İnter” – “Simurq” – 2:1

0
0