“Neftçi” – “Xəzər-Lənkəran”, yoxsa “Qarabağ” – “İnter”?
15.02.2010 - 16:43
Unibank Premyer Liqasının XXI turunun iki oyunu canlı yayımlanacaq. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, azarkeşlər fevralın 17-də keçiriləcək turun iki oyunu arasında seçim edərək, birini televiziya vasitəsi izləyə bilərlər.
Belə ki, fevralın 17-ə təyin olunan görüşlərdən biri AzTV, digəri isə “İdman-Azərbaycan” kanalı ilə yayımlanacaq. “Neftçi” ilə “Xəzər-Lənkəran”ın qarşılaşması 15 dəqiqə tez başlasa da, tamaşaçılar hər iki oyunu bütöv izləmək imkanına malik olmayacaq. Onlar prinsipial rəqiblərin dueli ilə “Qarabağ” – “İnter” arasında seçim etməli olacaq.
14:00. "Neftçi" - "Xəzər-Lənkəran"
T.Bəhramov adına Respublika stadionu ("İdman Azərbaycan")
14:15. "Qarabağ" - "İnter"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu (AzTV)

0
0