Denis Kalinkov “Neftçi” ilə oyun öncəsi problemlə üzləşdi
15.02.2010 - 17:12
“Xəzər-Lənkəran” klubunun legioneri Denis Kalinkov Unibank Premyer Liqasının növbəti turunda “Neftçi” ilə səfər oyunu öncəsi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı moldovalı hücumçunun zədə səbəbindən prinsipial görüşdə iştirakı sual altındadır.
Son turda “Qarabağ”la görüşdə (0:0) 58-ci dəqiqədə meydana daxil olan Kalinkov cəmi 23 dəqiqə oynayıb. Məhz zədələndiyi üçün görüşün 81-ci dəqiqəsində əvəzlənməli olan Denis hazırda müalicə olunur.
Qeyd edək ki, “Xəzər-Lənkəran” fevralın 17-də Tofiq Bəhramov Respublika stadionunda keçiriləcək oyunun hazırlığına bu gün başlayıb. Bakıda yığışan cənub klubu saat 16:00-da startı verilən məşq prosesini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirib. Sabah saat 13:30-dakı son hazırlıq prosesi isə Respublika stadionunda olacaq.

0
0