Ronaldo, İbrahimoviç və Messi
15.02.2010 - 17:50
Dünyanın ən yüksək ödənişli futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin ən bahalı futbolçusu olan Kriştianu Ronaldo həm də hamıdan çox qazanır. Madrid “Real”ının 25 yaşlı portuqaliyalı yarımmüdafiəçinin illik məvacibi 13 milyon avrodur.
Onun ən yaxın izləyiciləri “Real”ın prinsipial rəqibi olan “Barselona” klubunun hücumçularıdır. Belə ki, isveçli Zlatan İbrahimoviç ildə 12, argentinalı Lionel Messi 10,5 milyon avro qazanır. Həm Ronaldo, həm İbrahimoviç milli komandalarının heyətində yığmamıza qarşı rəsmi oyunlarda iştirak edərək, qol da vurub.
Qeyd edək ki, postsovet məkanı bu siyahıda Andrey Arşavinlə öyünə bilər. Rus hücumçunun Londonun “Arsenal” klubunda illik məvacibi 4,8 milyon avro təşkil edir. Ötən seçmə mərhələdə Rusiya yığmasının kapitanı kimi Bakıya gələn, yığmamıza qol vuran Arşavin dünyada 47-ci yerdə gedir.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0