Paytaxt klubunun azarkeşləri aclıq aksiyasına başladılar - FOTO
15.02.2010 - 18:22
Paytaxt klubunun azarkeşləri aclıq aksiyasına başladılar - FOTO
Rusiya paytaxtı Moskvanın eyniadlı futbol klubunun azarkeşləri aclıq aksiyasına başlayıblar. Apasport.az saytının məlumatına görə, “Moskva”nın bir qrup fanatı fevralın 13-də saat 20:00-dan etibarən yeməyi dayandırıb. Şirəni və çayı da özlərinə yaxın buraxmayan azarkeşlər yalnız su içməklə kifayətlənirlər.

Aclıq aksiyasına səbəb komandanın Rusiya Premyer Liqasından imtina etməsi ilə bağlıdır. Fevralın 5-də “Moskva”nın əsas sponsoru “Norilski Nikel” şirkətinin rəhbərliyi daha kluba himayədarlıq etməyəcəyini bildirib. Məhz bundan sonra komandanın növbəti mövsümdə çıxışı sual altına düşüb.

Azarkeşlər aclıq aksiyasını Moskvada ikiotaqlı mənzildə keçirirlər. Onların hamısı bir otağa yığışıb, orada nə soyuducu, nə də qızdırıcı soba var. Aksiyanın təşkilatçısı Vasili Petrakov maraqlı açıqlama verib: “Uşaqlardan kimsə getmək istəsə, mən ona minnətdarlığımı bildirəcəyəm və evə yola salacağam. “Moskva”ya görə heç kim ölməyəcək. Ola bilsin ki, ölməyi kimlərsə istəyir, amma mən buna imkan verməyəcəyəm”.