Milli komandamızda yeni simalar!
16.02.2010 - 00:04
Milli komandamızda yeni simalar!
İordaniya və Lüksemburqla səfərdə yoldaşlıq görüşləri keçirəcək Azərbaycan yığmasının heyəti bu gün açıqlanacaq. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Berti Foqts düşərgəyə yeni futbolçular cəlb edəcək.

Siyahıya çağırılan bu futbolçular arasında Fərid Quliyev (“Standard”) və Elşən Məmmədov (“Simurq”) da olacaq. 24 yaşlı Quliyev ilk dəfə əsas komandaya çağırılırsa, 30 yaşlı Məmmədov Şahin Diniyevin baş məşqçilik dövründə millimizin formasını geyinib.

Alman çalışdırıcı qarşıdakı oyunlara zədəli Ruslan Abışıovu da dəvət edəcək. Belə ki, gənc müdafiəçi yığmamızn düşərgəsində fərdi proqram üzərində çalışacaq.

Xatırladaq ki, milli komandamız fevralın 25-də İordaniya, martın 3-də isə Lüksemburqla üz-üzə gələcək.