“Qalatasaray” Belçika yığmasının futbolçusunu alır
16.02.2010 - 00:07
“Qalatasaray” yayda “Anderlext”in və Belçika yığmasının hücumçusu Tom de Sutteri transfer edəcəyini açıqlayıb. Apasport.az saytının “Fotomaç” qəzetinə istinadən məlumatına görə, “Cim-Bom” artıq 24 yaşlı futbolçunun razılığını alıb. İstanbul təmsilçisi komandası ilə 2013-cü ilə qədər müqaviləsi olan Sutter üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Sutter cari mövsümdə “Anderlext”in heyətində Belçika çempionatında 20 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə Belçika yığmasının şərəfini qoruyub.
Qeyd edək ki, Sutter cari mövsümdə “Anderlext”in heyətində Belçika çempionatında 20 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə Belçika yığmasının şərəfini qoruyub.
0
0