“Simurq” çalxalanır: Daha bir futbolçuya qapını göstərdilər
16.02.2010 - 10:13
Zaqatalanın “Simurq” klubunun rəhbərliyi cari mövsümdə üçüncü qapıçını qovub. Apasport.az saytının məlumatına görə, ötən mövsümün bürünc mükafatçı bu dəfə Vitali Postranski ilə yollarını ayırıb.
Çempionatın əvvəllərində transfer olunan 33 yaşlı ukraynalı qapıçı ikinci dövrədə uğursuz çıxışın əsas günahkarlarından sayılır. Belə olan halda, “Simurq” yalnız 22 yaşlı qapıçı Fuad Əhmədovun ümidinə qalıb.
Demək olar, ilk “altılığ”a düşmək şansı qalmayan “Simurq” ölkə kubokunda mübarizəni davam etdirir. Bu turniri də nəzərə alsaq, 20 oyunda (1800 dəqiqə) Zaqatala klubunun qapısını qorumuş Postranski 18 qol buraxıb, 1 sarı vərəqə alıb.
Qeyd edək ki, ikinci dövrədə qələbə üzünə həsrət qalan “Simurq” cari mövsümdə iştirak ərizəsinə 4 qapıçının adını daxil etmişdi. 37 yaşlı ukraynalı Taras Çopik çempionatın startında 2 oyun keçirdikdən sonra onunla vidalaşmaq qərara alındı. Milli komandamızın qapıçısı Rauf Mehdiyevə isə daxili yarışlarda “Simurq”un heyətində debüt etmək nəsib olmadı. Yalnız Avroliqada İsrailin “Bney Yehuda” klubu ilə hər iki görüşdə iştirak edən 34 yaşlı qapıçı sonradan zədələndi və baş məşqçi Roman Pokora ilə problem nəticəsində hələ qış fasiləsinədək komandadan çıxarıldı.

- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
0
0