Qurban Qurbanov “99”nu dəyişir
16.02.2010 - 11:16
Qurban Qurbanov “99”nu dəyişir
Unibank Premyer Liqasının XXI turu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının hesablamalarına görə, 38 yaşlı mütəxəssis baş məşqçi karyerasında 100-cü oyununu keçirəcək.

“İnter”lə sabahkı qarşılaşmada “99”u “100”ə dəyişəcək Qurbanov məşqçi karyerasına 4 il əvvəl başlayıb. 2006-cı ilin yayında “Neftçi”nin “sükanı arxasına” keçən gənc çalışdırıcı avqustun 6-da “Gənclərbirliyi” ilə görüşdə debüt edib – 6:1. Lakin bu klubdakı 14 aylıq fəaliyyətdən sonra istefaya göndərilib.

Baş məşqçi kimi ikinci klubu “Qarabağ” olan Qurbanov 2008-ci ilin yayından Ağdam təmsilçisində çalışır. “Neftçi” ilə ölkə çempionatının gümüş mükafatını, ağdamlılarla isə ölkə kubokunu qazanan Qurbanov avrokuboklarda qələbəsi məğlubiyyətindən iki dəfə çox olan yeganə azərbaycanlı məşqçidir.

Qeyd edək ki, yubilyarın karyerasında sabahkı rəqibin xüsusi yeri var. O, futbolçu kimi son matçlarını “İnter”də keçirib, funksioner fəaliyyətinə (idman direktoru) həmin klubda başlayıb. “Neftçi”nin baş məşqçi postuna məhz “İnter”dən gələn Qurbanov elə bu komanda ilə 2007-ci ilin avqustundakı qarşılaşmadan sonra (0:0) vəzifəsini tərk etmişdi.

klub

mövsüm

turnir

O

Q

H

M

T

X

“Neftçi”

2006/07

çempionat

24

17

3

4

47-15

54

 

 

kubok

8

5

2

1

19-5

17

 

2007/08

UEFA kuboku

2

1

0

1

3-4

3

 

 

çempionat

4

2

1

1

7-4

7

 

CƏMİ

 

38

25

6

7

76-28

81

“Qarabağ”

2008/09

çempionat

26

14

7

5

35-22

49

 

 

kubok

7

5

2

0

9-2

17

 

2009/10

Avropa Liqası

6

3

2

1

5-4

11

 

 

çempionat

20

11

7

2

19-10

40

 

 

kubok

2

1

1

0

4-0

4

 

CƏMİ

 

61

34

19

8

72-38

121

ümumi

 

çempionat

74

44

18

12

108-51

150

 

 

Kubok

17

11

4

2

32-7

38

 

 

UEFA/Avropa Liqası

8

4

2

2

8-8

14

 

CƏMİ

 

99

59

24

16

148-66

202