“Xəzər-Lənkəran”ın legioneri Gürcüstana dəvət olundu
16.02.2010 - 11:22
“Xəzər-Lənkəran” klubunun estoniyalı legioneri Tixon Şişov Tiflisə gedəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi milli komandasının martın 3-də Gürcüstan yığması ilə yoldaşlıq görüşünə çağırılıb.
Estoniya millisinin baş məşqçisi Tarmo Ryutli həmin oyuna çağırdığı 18 nəfərlik siyahıya Şişovu da əlavə edib. Bununla çalışdırıcı ölkəmizdə çıxış edən hər dörd eston futbolçuya dəvət göndərib. “Neftçi”nin estoniyalı futbolçuları - Dmitri Kruqlov, Taavi Rahn, Vladimir Voskoboynikovun Gürcüstanla görüşə çağırıldığı əvvəldən məlum idi.
Qeyd edək ki, qış fasiləsində Tallinin “Levadiya” klubundan transfer olunan Şişov “Xəzər-Lənkəran”ın heyətində hər üç oyunda meydana çıxıb.

- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
0
0