Azərbaycandan qovulan futbolçu İspaniya çempionatında
16.02.2010 - 11:53
Sumqayıtın “Standard” klubundan qovulan Rodriqo Silva karyerasını İspaniya çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisində baş verən baş məşqçi dəyişikliyindən sonra sumqayıtlılara lazım olmayan 28 yaşlı hücumçu “Hueska” klubuna keçməyə yaxındır.
Artıq neçə vaxtdır Rodriqonu baxışdan keçirən Sequnda təmsilçisində braziliyalı ilə müqavilənin şərtlərini müzakirə etməyə başlayıblar. Bu komanda Primeroya çıxmağa iddia etməsə də, İspaniyanın gücünə görə ikinci liqasının ortabablarından sayılır.
Qeyd edək ki, Rodriqo Unibank Premyer Liqasında 2-si cari mövsüm olmaqla 13 oyun keçirərək 3 qol vurub.

- Patris Evranın anası vəfat etdi: “Sən həmişə qəlbimdə olacaqsan”
- “Qarabağ”da Sefasla bağlı son durum – MRT-nin nəticəsi bəlli oldu
- Montellanın taleyi müzakirə olunur – TFF-nin bazasına gəldi
- Messi milli karyerasını bitirir, klubda isə...
- Metin Diyadin qərarından dönmədi – “Gənclərbirliyi”ndən ayrıldı
0
0