Xaqani Məmmədov futbol tariximizə düşdü - EKSKLÜZİV
17.02.2010 - 15:34
Yevlaxın “Karvan” klubunun futbolçusu Xaqani Məmmədov Azərbaycan çempionatlarının tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, 34 yaşlı hücumçu Unibank Premyer Liqasının XXI turu çərçivəsində bu gün evdə “Bakı” klubunun qapısına yol tapmaqla, çempionatlar tarixində yubiley – 100-cü qolunu vurub.
Bununla da, Xaqani 100 səddini aşan 8-ci futbolçuya çevrilib. 2009/10 mövsümünə qədər çempionatda 95 dəfə fərqlənən Məmmədov birinci dövrədə “İnter”in heyətində meydana çıxmadığından, bu göstəricini yaxşılaşdıra bilməmişdi. Qış fasiləsində “Karvan”a icarəyə verilən təcrübəli hücumçu meydana çıxdığı 4 görüşdə 5-ci qolunu vuraraq, əlamətdar hadisəni gerçəkləşdirib.
Qeyd edək ki, Nazim Əliyevin başçılıq etdiyi bombardirlər siyahısında yer alan digər 7 futbolçunun hamısı artıq karyerasını bitirib.

yer | futbolçu | qol | oyun | Orta məhsuldarlıq |
1 | Nazim Əliyev | 183 | 236 | 0,77 |
2 | Müşfiq Hüseynov | 125 | 305 | 0,40 |
3 | Rövşən Əhmədov | 116 | 290 | 0,40 |
4 | Qurban Qurbanov | 115 | 161 | 0,71 |
5 | Samir Ələkbərov | 115 | 170 | 0,67 |
6 | Alay Bəhramov | 108 | 243 | 0,44 |
7 | Vadim Vasilyev | 102 | 271 | 0,37 |
8 | Xaqani Məmmədov | 100 | 258 | 0,39 |
0
0