Berti Foqts Daniel Axtyamovdan yaxasını necə qurtardı? - ARAŞDIRMA
17.02.2010 - 15:47
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts milliləşən legionerləri heyətdən kənarlaşdırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, 64 yaşlı alman mütəxəssisin növbəti “qurban”ları “Karvan”ın braziliyalı müdafiəçisi Ernani Pereyra ilə özünə klub axtaran rus hücumçu Daniel Axtyamov olub. Foqts onları İordaniya və Lüksemburq yığmaları ilə yoldaşlıq görüşlərinə dəvət etməyə lüzum görməyib.
Əslində, Pereyra Foqts üçün heç vaxt əsas heyət oyunçusu olmayıb. Təsadüfi deyil ki, 32 yaşlı braziliyalı daha çox ehtiyat qalır, nadir hallarda, əsasən ehtiyac duyulduqda meydana çıxırdı. Ötən ilin əvvəlindən daim Foqtsun dəvətini alan Axtyamov isə indi özünə klub tapmaqda çətinlik çəkir. Təcrübəli çalışdırıcı dəfələrlə Danielə şans verməklə, daha çox qınaq obyektinə çevrilirdi. Hər halda, 25 yaşlı hücumçu Almaniyanın aşağı liqa klubu ilə dubl etdiyi yoxlama oyununu nəzərə almasaq, qol hesabını aça bilmədi.
İndi Foqtsun sərəncamında cəmi 3 milliləşən legioner qalıb. Bunlar “İnter”in ukraynalı müdafiəçiləri Vladimir Levinlə Aleksandr Çertoqanov və son Azərbaycan çempionu “Bakı”nın braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramimdir. Yeri gəlmişkən, Ramim Foqtsun dövründə ən çox qol vuran, eyni zamanda yeganə qırmızı vərəqə alan legionerdir.
Foqtsun dövründə yığmamızda 8 milliləşən legioner oynayıb: Pereyra, Axtyamov, Levin, Çertoqanov, Ramim, eləcə də nigeriyalı Usim Nduka, braziliyalı Leandro Qomeş və serb Branimir Subaşiç olub. Foqts rus Sergey Sokolovu bir neçə dəfə təlim-məşq toplanışına çağırsa da, onu yığma yox, klub səviyyəsində oyunda meydana buraxıb. Bu isə məlum olduğu kimi, hesaba alınmır. Qomeşlə Subaşiç artıq xeyli müddətdir ölkəmizdə çıxışını başa vurub. “Olimpik”də ən çox oyun keçirən Nduka isə daha əvvəlki kimi oyunu ilə seçilmir. Elə buna görə də Foqts bu müdafiəçini ötən il heç bir görüşə çağırmayıb. Göründüyü kimi, iki ildir milli komandamızı çalışdıran Foqtsun ən çox güvəndiyi legioner Çertoqanov yenə sərəncamında, ən az oynatdığı Pereyra isə artıq kənarda qalıb.
Berti Foqtsun yığmamızda oynatdığı milliləşən legionerlər

Legionerlər | Milliyyəti | Təvəllüdü | Oyun | Dəqiqə | Qol | Vərəqə | Qırmızı |
Aleksandr Çertoqanov | Ukrayna | 08.02.1980 | 14 | 979 | 0 | 4 | 0 |
Fabio Luis Ramim | Braziliya | 10.04.1981 | 11 | 781 | 3 | 3 | 1 |
Branimir Subaşiç | Serbiya | 07.04.1982 | 11 | 672 | 2 | 1 | 0 |
Vladimir Levin | Ukrayna | 23.01.1984 | 10 | 821 | 0 | 1 | 0 |
Leandro Qomeş | Braziliya | 24.08.1976 | 9 | 450 | 0 | 0 | 0 |
Daniel Axtyamov | Rusiya | 26.03.1985 | 7 | 446 | 0 | 1 | 0 |
Usim Nduka | Nigeriyalı | 23.09.1985 | 6 | 329 | 0 | 0 | 0 |
Ernani Pereyra | Braziliya | 22.01.1978 | 5 | 248 | 0 | 1 | 0 |
0
0