“Turan” niyə 9 nəfərlə qalıb?
17.02.2010 - 16:32
“Standard”la matçda futbolçularımızdan razı qaldım. Onlar bu qarşılaşmada yaxşı oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib.
Unibank Premyer Liqasının XXI turunda “Standard”la səfər qarşılaşmasında 1 xal qazanan qonaqların çalışdırıcısı yetirmələrindən razı qalıb: “Oyun ərzində çoxlu qol vurmaq imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq. Görüşü 9 nəfərlə bitirməyimiz isə bizə problem yaratdı. Rəşid Həsənovun zədə ucbatından meydanı tərk etməsindən sonra oyunçumuzun qırmızı vərəqə alması bizə çətinlik yaratdı. Lakin yenə də sonadək mübarizə apardıq”.
Sumqayıt təmsilçisinin baş məşqçisi Böyükağa Hacıyev isə 1:1 hesablı heç-heçəyə məyus olub: “Təəssüflənirik ki, bu gün qələbə qazana bilmədik. Oyun ərzində qol imkanlarımız istifadə etməyi bacarmadıq. Biz qələbə qazanmalı idik. Belə olan halda, turnir cədvəlində “Muğan”ı üstələyəcəkdik. Hakimlik haqqında danışmaq istəmirəm. Buna özünüz qiymət verin”.
Qeyd edək ki, “Standard” - “Turan” oyununda hər iki komanda penaltidən fərqlənib.

0
0