“Azərbaycan yaxşı meydançalara layiq ölkədir”
17.02.2010 - 16:40
“Bu gün bizim üçün əsas məqsəd gənc heyətimizi yoxlamaq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz Unibank Premyer Liqasında XXI turunda səfərdə “Karvan”la oyundan (1:1) keçirilən mətbuat konfransında deyib.
İlk “altılığ”a düşmək vəzifəsini ötən tur həll edən son bakılılar üçün “Karvan”la görüşün nəticəsi vacib əhəmiyyət daşımayıb. Gənc, daha çox ehtiyatda qalan futbolçulara şans verən türkiyəli mütəxəssis əsas oyunçuları qorumağı məqsədəuyğun sayıb: “Bu gün şans verdiyim futbolçularım özlərini yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni etdilər. Ancaq hər iki komandanın ifasında yaxşı oyun görməkdən ötrü yaxşı meydança olmalıdır. Ot örtüyü oyuna öz təsirini göstərdi. Azərbaycan yaxşı meydançalara layiq ölkədir”.
Qeyd edək ki, mətbuat konfransında həm Korkmaz, həm də onun “Karvan”dakı həmkarı Yunis Hüseynov “Bakı”nın baş həkimi Murad Mərdanlının vəfatı ilə əlaqədar ailəsinə, idman ictimaiyyətinə başsağlığı verib.

0
0