Yunis Hüseynovun arzusu
17.02.2010 - 16:45
Yunis Hüseynovun arzusu
“Bakı” ilə bugünkü oyuna ciddi itkilərlə çıxmışdıq. Bir neçə futbolçumuz sarı vərəqə limiti dolduğundan və ya cəzalı olduğundan oynamırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Qış fasiləsindən sonra yaxşı təsir bağışlayan “Karvan” Unibank Premyer Liqasının XXIi turu çərçivəsində son ölkə çempionu “Bakı”dan xal alıb - 1:1. Hüseynov həm oyundan, həm də nəticədən razılığını bildirib: “Heyətimizdəki itkilərə baxmayaraq, bu gün meydana qələbə qazanmaq üçün çıxmışdıq. Komandamız problemlərin fonunda yaxşı təsir bağışladı. Ancaq əsas mərhələdə ikinci “altılıq”da daha uğurlu oynayıb, son pillədən yaxa qurtarmaq niyyətindəyik”.

Qeyd edək ki, “Karvan”la “Standard”la xallarının eyni olmasına (11 xal) baxmayaraq şəxsi oyunlarda ondan geri qaldığı üçün turnir cədvəlində son pillədə qərarlaşıb.