“İnter”: üçüncü dəfə çempionluq
17.02.2010 - 17:06
“İnter”: üçüncü dəfə çempionluq
Bakının “İnter” klubu cari mövsümdə üçüncü dəfə qalib adını qazanıb. Apasport.az saytının məlumatına görə, Kaxaber Sxadadzenin yetirmələri Unibank Premyer Liqasının XXI turunda “Qarabağ”la heç-heçə (0:0) etməklə, çempionatın ilkin mərhələsinin qalibi adına sahib çıxıb.

Hesabında 46 olan bakılılar ən yaxın izləyiciləri “Qarabağ”la “Xəzər-Lənkəran”ı 5 xal qabaqladığından sonuncu turun “Neftçi” ilə qarşılaşmasının nəticəsindən dən asılı olmayaraq, birinci pilləni təmin edib. Bu paytaxt təmsilçisinin cari mövsümdə qazandığı üçüncü belə uğurdur. Onlar ilkin mərhələnin birinci dövrəsinin qalibi olmuş, 17 turdan sonra yaranan qış fasiləsinə birinci pillədə yollanmışdı.