“Altılıq” bəllidir: “Qarabağ” birinci, “İnter” potensial liderdir!
17.02.2010 - 17:21
“Altılıq” bəllidir: “Qarabağ” birinci, “İnter” potensial liderdir!
Unibank Premyer Liqasının XXI turu final mərhələsində mükafatlar uğrunda mübarizə aparacaq daha bir komandanın adına aydınlıq gətirdi. Apasport.az saytının məlumatına görə, “İnter”, “Xəzər-Lənkəran”, “Qarabağ” və “Bakı”nın ardınca, “Neftçi” də adını ən güclülər sırasına yazdırıb. Altıncı pillədə qərarlaşan “Qəbələ” də böyük ehtimalla, ilk “altılıq”da yarışacaq.

Bu komandaların iştirakı ilə birinci mərhələdə keçirilməli olan və qızıl xallar baxımından əhəmiyyət kəsb edən 30 oyunun 29-u artıq başa çatıb. Yalnız “İnter” - “Neftçi” qarşılaşması qalıb ki, bu da fevralın 21-də keçiriləcək gələn tura təsadüf edəcək. 29 matçın nəticəsinə görə, “Qarabağ” birinci, “Xəzər-Lənkəran” isə ikinci pillədə qərarlaşıb. Çempionatın lideri “İnter” isə “altılıq”da hamıdan az xal itirib. Ehtiyatda 1 oyunu olan “bankirlər” potensial liderdir.

1

“Qarabağ”

10

3

6

1

6-4

15

2

“Xəzər-Lənkəran”

10

3

6

1

8-4

15

3

“İnter”

9

4

2

3

10-10

14

4

“Bakı”

10

3

3

4

8-9

12

5

“Neftçi”

9

2

5

2

6-5

11

6

“Qəbələ”

10

1

4

5

6-12

7