Sxadadze hakimə etiraz etdi: O, oyunun ipini əldən buraxmışdı
17.02.2010 - 17:25
“Meydançanın pis vəziyyətdə olması bu gün hər iki komandaya yaxşı oyun, futbolçulara ustalıq səviyyələrini göstərməyə imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının XXI turu çərçivəsində bu gün Ağdamın “Qarabağ” klubunun qonağı olan “İnter” növbəti xalını (1:1) qazanmaqla, çempionatın ilkin mərhələsini lider kimi başa vurdu. Bundan razı qalan Sxadadze meydançanın vəziyyəti və hakimlikdən narazı qalıb: “Bizim kimi iddialı komandalar belə meydançalarda oynamamalıdır. Baş hakim oyunun ipini əldən buraxmışdı. Nəticədə oyun istənilən səviyyədə keçmədi, meydanda futbolçular arasında qarşıdurmalar yaranırdı. Ancaq futbolçularım həm fiziki, həm də psixoloji təzyiqlərə tab gətirə bildilər. Bu, məni sevindirir. Onlardan razı qaldım”.
Qeyd edək ki, oyunu FİFA referisi Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edirdi.

0
0