Tanınmış türk məşqçidən “Bakı”ya məktub
18.02.2010 - 13:02
Tanınmış türkiyəli mütəxəssis, Superliqada yarışan “Diyarbəkirspor” komandasının baş məşqçisi Ziya Doğan “Bakı” klubuna məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, o, “Bakı”nın baş həkimi Murad Mərdanlının vəfatı ilə əlaqədar başsağlığı verib.
“Bakı”nın rəsmi saytının xəbərində bildirilir ki, Doğan uzun illər birgə çalışdığı həmyerlimizin dünyasını dəyişdiyindən, üzüntüsünü ifadə edib: “İllər boyu bərabər çalışdığım klubumuzun həkimi Murad Mərdanlının vəfat etməsi bizləri son dərəcə üzüb. Bununla əlaqədar onun ailəsinə, “Bakı” klubuna və Azərbaycan xalqına başsağlığı verirəm”.
Doğanın imzaladığı başsağlığı məktubunda “Diyarbəkirspor”un məşqçiləri Abdulla Güllü ilə Hakan Polatın adı var.

0
0