Yığmanın futbolçusu yeni imicdə - FOTO
18.02.2010 - 13:16
“Trabzonspor” klubunun kamerunlu futbolçusu Riqobert Sonq imicini dəyişib. Apasport.az saytının məlumatına görə, milli komandasının da liderlərindən olan 34 yaşlı müdafiəçi qara saç-saqqalını sarı rəngə boyayıb.
Yeni imic sayəsində diqqət mərkəzinə düşən Sonqun kefi kökdür. O, məşq prosesində komanda yoldaşları ilə zarafatından qalmır. Riqobert bu imic dəyişikliyini reklam çəkilişi üçün edib.
Qeyd edək ki, 2004-cü ildən Türkiyədə oynayan Sonq ilk 4 mövsümü “Qalatasaray”da keçirib. O, “Cim Bom”la iki dəfə çempion titulu, bir dəfə isə ölkə kubokunu qazanıb.

0
0