“Neftçi” klubu bədbəxt hadisə ilə bağlı bəyanat yaydı
18.02.2010 - 14:03
Bakının “Neftçi” klubu fevralın 13-də baş vermiş ağır yol qəzası ilə bağlı bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda bildirilir ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqov şəxsən hadisə yerində olub, yaralıların təcili xəstəxanaya, vəfat edənlərin isə ailələrinə çatdırılmasını və dəfn mərasimini təşkil edib.
Bundan başqa, klub rəhbərliyi hadisə zamanı yaxından köməklik göstərdikləri üçün Fövqəladə Hallar Nazirliyinin Şamaxı və Mərəzə üzrə xilasediciləri, Respublika Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, təcili tibbi yardım işçiləri, Mərkəzi Neftçilər Xəstəxanasının və “Modern Hospital”ın həkimlərinə, eləcə də AFFA-ya və PFL-ə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, hadisə nəticəsində “Neftçi”nin iki əməkdaşı - həmkarımız, İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan Alim Malikoğlu (Məmmədov) və Kadrlar şöbəsinin işçisi Vahid Həmidov vəfat edib.

0
0