Vüqar Nadirov “Qarabağ”ı “zirvə”yə daşıdı
18.02.2010 - 15:17
Vüqar Nadirov “Qarabağ”ı “zirvə”yə daşıdı
Unibank Premyer Liqasının XXI turunda mövsümün yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun imza atdığı göstərici Bakının “İnter” komandası ilə Quzanlıdakı görüşə təsadüf edib. Belə ki, həmin oyunun baş hakimi Vüsal Əliyev meydan sahiblərinə 7 sarı vərəqə göstərib. Cari mövsümdə heç bir komandaya bir matç ərzində bu qədər xəbərdarlıq edilməmişdi. Əliyev oyunun gedişində Elnur Allahverdiyev (37-ci dəqiqə), Maksim Medvedev (49), Rəşad Sadiqov (54), Namiq Yusifov (58), Admir Teli (69) və Rauf Əliyevə (90+1) sarı vərəqə göstərməyə məcbur olub. Əgər komandalar paltardəyişmə otağına sakit yollansaydılar, bu göstərici yalnız mövsümün rekordunun təkrarı olacaqdı. Ancaq final fiti səslənən kim Vüqar Nadirov “səhnəyə çıxıb” və 7-ci sarı vərəqənin müəllifinə çevrilib.

Qeyd edək ki, “Muğan”la ev oyununda “Olimpik-Şüvəlan”, həmçinin “Turan” və “Qəbələ”nin qonağı olan “Karvan” və “Standard” bir matçda 6 sarı vərəqə alıb.