Ən yaxşı futbolçunun adı açıqlandı
18.02.2010 - 15:48
Premyer Liqanın 2009-cu il dekabr ayı üçün ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası və “Unibank”ın birgə keçirdiyi sorğuda Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov birinci yeri tutub. 22 yaşlı yarımmüdafiəçi 42 respondent arasında təşkil olunan səsvermədə təxminən 80 faiz səs toplayıb.
Qeyd edək ki, sorğuda 12 klub və 30 KİV nümayəndəsi iştirak edib.
Qeyd edək ki, sorğuda 12 klub və 30 KİV nümayəndəsi iştirak edib.
0
0