Rəsmi bəyanat: Yayda AFFA-da böyük islahatlar aparılacaq
18.02.2010 - 16:04
Rəsmi bəyanat: Yayda AFFA-da böyük islahatlar aparılacaq
2009/2010 mövsümü başa çatdıqdan sonra AFFA Hakim-İnspektorlar Komitəsində (HİK) böyük islahatlar aparılacaq. Bu haqda Lent.az-a HİK-in sədri Gülağa Cabbarov məlumat verib.

Cabbarovun sözlərinə görə, ilk növbədə, hakim-inspektorlar attestasiyadan keçəcəklər. Attestasiya futbol qaydaları, hakimliyin keyfiyyətinin qiymətləndirilməsi mexanizmi amillərini əhatə edəcək: “Növbəti mövsümün hakim-inspektorları seçim qaydalarına uyğun müəyyənləşdiriləcək. Hakim-inspektorlar futbol adamları olmalıdırlar”.

Lakin HİK sədri hazırkı hakim-inspektorlar arasında kimlərin artıq olduqlarını ilə bağlı suala konkret cavab verməyib. Cabbarov bunu etik baxımdan düzgün saymayıb: “Biz mövsümün əvvəlində bütün hakim-inspektorların siyahısını təsdiqləmişik. İndi onların hansının artıq olduğunu demək etik baxımdan doğru olmazdı. Mövsüm başa çatsın, attestasiya keçirək, sonra da kimin hakim-inspektor kimi fəaliyyətini davam etdirəcəyinə aydınlıq gəlsin”.