Qeyri-adi cərimə
18.02.2010 - 16:31
Premyer Liqanın oyununda meydana əvəzedici heyətlə çıxan klub cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb İngiltərə çempionatında ötən ilin dekabrında keçirilən “Mançester Yunayted” - “Vulverhempton” qarşılaşması olub. Premyer Liqa rəhbərliyi əsas heyətlə oynamadığı üçün qonaqları 25 min funt-sterlinq məbləğində cərimələyib.
“Old Trafford” stadionunda baş tutan həmin matçda ikinci heyətə güvəndiyi üçün baş məşqçi Mik Makkarti ciddi tənqidlərə məruz qalmışdı. Çünki onun bu addımı sayəsində “qırmızı şeytanlar” asan qələbəyə sevinmişdilər - 3:0. Mançesterlilərlə oyundan 3 gün əvvəl “Tottenhem”i 1:0 hesabı ilə məğlub edən “Vulverhempton”un məşqçilər korpusu start heyətin 10 futbolçusunu “Old Trafford”da ilk “11-liy”ə daxil etməmişdi. Maraqlıdır ki, “Mançester Yunayted”lə görüşdən sonra həmin 10 futbolçudan 9-nu geri qaytaran komanda “Bernli”yə 2:0 hesabı ilə qalib gəlmişdi.
Premyer Liqanın qaydalarına əsasən, hər bir komanda bütün oyunlarda meydana ən güclü heyətini buraxmalıdır. Məhz bu qaydanın pozulması üzündən “canavarlar” cərimə olunub. Mütəxəssislərin fikrincə, Makkarti Mançester səfərində heç nəyə ümid etmədiyindən aparıcı oyunçularına istirahət verib ki, bu da mübarizə prinsiplərinə ziddir.

0
0