Rusların “Neftçi”nin oyunçusunda gözü var imiş...
18.02.2010 - 17:03
Rusiya Premyer Liqasında oynamaqdan imtina edən “Moskva” klubunun son transferi azərbaycanlı futbolçu ola bilərmiş. Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, rəhbərlik etdiyi qurumun “Unibank”la birgə təşkil etdiyi “Ayın oyunçusu” mükafatının təqdimat mərasimində gənc Tərlan Quliyevin rusiyalıların maraq dairəsində olduğunu bildirib.
Musayev vurğulayıb ki, ötən ay Türkiyənin Antalya şəhərində olduğu zaman “Moskva” rəhbərliyi onunla görüşüb. Rusiyalılar Bakının “Neftçi” klubunun 18 yaşlı müdafiəçisini transfer etmək niyyətlərini açıqlayıblar. Musayev onlara paytaxt təmsilçisinin vitse-prezidenti Tahir Süleymanovla danışmağı məsləhət görüb. Lakin Süleymanovla “Moskva” nümayəndələrinin danışığı müsbət nəticəsiz qalıb. “Neftçi”nin vitse-prezidenti baş məşqçi Vaqif Sadıqovla danışmalı olduğunu və onun fikrini bilmək istədiyini söyləyib. Yalnız bundan sonra o, ruslara cavab verə bilərmiş. Ancaq danışıqların davamı gəlməyib. Çünki “Moskva” Premyer Liqadan imtina edib və ikinci diviziona göndərilib.

0
0