Azərbaycanlı futbolçuları kim üz-üzə qoydu?
18.02.2010 - 18:02
Azərbaycanlı futbolçuları kim üz-üzə qoydu?
Rusiyanın paytaxtı Moskvanın “Lujniki” stadionunda yerli “Dinamo” ilə Tverin “Volqa” klubu üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən görüş azərbaycanlı futbolçuların qarşılaşması ilə əlamətdar olub.

Milli komandamızın sabiq futbolçusu Emin Ağayev artıq neçə ildir tverlilərin şərəfini qoruyur. Onun kapitanı olduğu ikinci dəstə təmsilçisini sınağa çəkən Premyer Liqa klubu isə yalnız ötən ay Aleksandr Səmədovu sıralarına qatıb. Əslən azərbaycanlı olsa da, Rusiya yığmasında oynamış futbolçu ilə Eminin komandası arasında matçda səviyyə fərqini sözün deyib. Böyük ərazi üstünlüyünə malik olan meydan sahibləri 2 qol vuraraq, qalib gəlib.

Qeyd edək ki, həm Emin, həm də Aleksandr bu görüşdə start heyətində meydana çıxıb.