Hansı klubun futbolçusu oyun satıb?
19.02.2010 - 15:06
Türkiyə çempionatının oyunlarına təsir etmək üçün bukmeker kontorları ilə işbirliyinə girən futbolçulardan birinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Diyarbəkir prokurorluğunun qərarı ilə həbs olunan qruplaşmanın üzvləri arasında Gökhan Ünver də yer alıb.
Lakin bu oyunçunun hansı kluba məxsus olduğu dəqiqləşməyib. Belə ki, Gökhanın icarə əsasında “Kayseri Ərciyəsspor”da oynadığı iddia olunsa da, klub rəhbərliyi bunu təkzib edib. Kayseri təmsilçisinin hüquqşünası Murat İlhan belə bir futbolçu ilə heç bir əlaqələrinin olmaması haqda bəyanat yayıb.
Qeyd edək ki, Avstriyanın “Ştadlau” və “Donau” klublarının aşağı yaş qruplarından olan komandalarda çıxış etmiş Ünver son illərdə “Sarıyer”, “Qaziantepspor” və “Qaziantep Böyükşəhər Bələdiyyəspor” klublarında çıxış edib.

0
0