“İnter” - “Neftçi”: Bakı derbisində 1939 günlük tilsim - STATİSTİKA
20.02.2010 - 00:01
“İnter” - “Neftçi”: Bakı derbisində 1939 günlük tilsim - STATİSTİKA
Unibank Premyer Liqasının XXII turunun mərkəzi qarşılaşmasında üz-üzə gələcək “İnter” və “Neftçi” ölkə çempionatları tarixində 21-ci dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, paytaxt derbisində aşkar üstünlük “Neftçi”nin tərəfindədir.

Dördqat ölkə çempionu əvvəlki oyunların yarıdan çoxunda – 11 dəfə qalib gəlib. “İnter” isə 11 il ərzində 3 dəfə “ağ-qaralar”ı ağ bayraq qaldırmağa vadar edib. Top fərqində də “Neftçi”nin üstünlüyü nəzərə çarpır – 36:18.

“Şəfa” stadionuna qonaq qismində çıxacaq Vaqif Sadıqovun yetirmələri səfər matçlarında özünü qonaq kimi aparmır. “İnter”in meydanındakı 5 görüşdə flaqman, 1 dəfə isə “bankirlər” qalib gəlib. Meydan sahiblərinin həmin – yeganə ev qələbəsi də uzaq keçmişdə qalıb. 6 il əvvəl Kazbek Tuayevin istefası ilə nəticələnən qarşılaşmada qələbə Anatoli Konkov dönəmində əldə olunmuşdu. 2004-cü il oktyabrın 30-da Zabrat qəsəbə stadionundakı həmin istefa isə “İnter”in tilsimlənməsi ilə nəticələndi. Bəlkə də bunun nəticəsidir ki, artıq 1939 gündür öz meydanında həmşəhərliləri ilə bacarmır.

mövsüm

“İnter”in meydanı

“Neftçi”nin meydanı

1999/2000

2:3

1:5

2000/01

1:4

2:7

2001/02,
birinci mərhələ

0:2

0:0

İkinci mərhələ

0:1

-

2003/04

0:0

1:2

2004/05

2:1

1:1

2005/06

1:1

0:1

2006/07

0:1

1:0

2007/08

0:0

0:2

2008/09

2:2

3:1

2009/10

 

1:2