Ruslan Baltiyev: Azərbaycan yığması qrupumuzun autsayderidir
19.02.2010 - 17:15
“Çox ciddi qrupa düşmüşük. Heç bir komandanı hesabdan silmək olmaz. Fikrimcə, Almaniya və Türkiyədən başqa, Avropa çempionatının final mərhələsinə çıxmağa Avstriya və Belçika yığmaları da namizəddir. Bu səbəbdən də hər oyunda bizə çox çətin olacaq. Ancaq bu daha da maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan milli komandasının sabiq kapitanı Ruslan Baltiyev deyib.
1997-ci ilin payızından daimi yığmada forma geyinən 31 yaşlı yarımmüdafiəçi milli komandamızla Avro-2008-də heç-heçə nəticələnən hər iki oyunda iştirak edib. Karyerasının çox hissəsini Rusiyada keçirən Ruslan artıq yığma karyerasını bitirdiyindən milli komandamıza qarşı bu dəfə oynaya bilməyəcək.
Bununla belə, yığmaya hər cür dəstək verməyə hazır olan təcrübəli futbolçu milli komandamızı qrupun autsayderi, Almaniya yığmasını isə favorit sayır: “Almaniya, Türkiyə, Avstriya, Belçika yığmaları çox güclüdür. Kiminlə oynamaq istədiyimi soruşsaydılar, yəqin ki, Qazaxıstanın hələ görüşmədiyi yığma komandaların adını çəkərdim. Sadəcə, müqayisə etmək maraqlıdır. Özümü yeni rəqiblərlə oyunlarda yoxlamaq istərdim”.
Qeyd edək ki, Baltiyev yığmada keçirdiyi 12 ildə 73 oyuna 13 qol vurub.

0
0