Fatih Terimin yeni iş yeri
19.02.2010 - 17:28
“Yeni mövsümdən etibarən ölkə xaricində işləmək istəyirəm. Ölkəmə fayda verə biləcək uzun müddətli başqa planlarım da var. Vaxtı çatanda bunları ictimaiyyətə açıqlayacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının sabiq baş məşqçisi Fatih Terim deyib.
Ötən ilin oktyabrında dünya çempionatının seçmə mərhələsindəki uğursuzluq ucbatından “ay-ulduzlular”ın baş məşqçisi postundan istefa verən 57 yaşlı mütəxəssis hələ də işsizdir. O, Türkiyə jurnallarından birinə verdiyi son müsahibəsində maraqlı ifadələr işlədib: “Həyat mənə bədbinliyin lazımsız olduğunu öyrətdi. Şansa heç vaxt inanmıram. Bəzən bacarıqsızlığa “şanssızlıq” deyirlər. Lakin heç bir ciddi uğur təsadüfi ola bilməz. Nə qədər istedadlı olsanız da, intizamlı çalışmadıqda və kifayət qədər əmək sərf etmədikdə həyat bunun dərsini verir”.
Həmçinin, “İmperator” ləqəbli Terim siqaretə qarşı “müharibə”də qalib gəldiyini də açıqlayıb: “15 aydır siqaret çəkmirəm. İradəmi işə saldım, “siqareti atacağam” dedim və buna nail oldum. Yeməklərə gəlincə, xüsusi seçimim yoxdur. Yalnız bişmiş soğanı yeyə bilmirəm. Qalan hər şey qəbuldur”.

0
0