Yığmamızın sabiq futbolçusu məğlubiyyətin səbəbini açıqladı - MÜSAHİBƏ
19.02.2010 - 18:10
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev şərəfini qoruduğu Rusiyanın “Volqa” (Tver) klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi kapitanı olduğu komandanın Moskvanın “Lujniki” stadionunda “Dinamo” ilə keçirilən yoxlama oyunundakı 0:2 hesablı məğlubiyyətin səbəblərini izah edib.
- Mövsümə hazırlığınız necə gedir, əhval-ruhiyyəniz necədir?
- Plan üzrə hazırlaşırıq. “Dinamo” ilə qarşılaşmada oyun təcrübəmiz yetmədi. Kislovodsk toplanışında çoxlu qaçdıq, fiziki formamızın təməlini qoyduq və yalnız bir yoxlama matçı keçirdik. Bir az hava cəhətdən bəxtimiz gətirmədi. Soyuq idi, vaxtaşırı qar yağırdı, ot örtüyü “Lujniki”də olduğu kimi deyildi. Buna görə də asan olmadı. Ancaq hesab edirəm ki, “Dinamo” ilə görüşün ilk hissəsində pis təsir bağışlamadıq. Rəqibin qol imkanları yox idi. Qapımıza vurulan qollar uzaqdan yaxşı zərbələrin nəticəsi oldu. Lakin biz də qol vura bilərdik.
- Fasilədən sonra oyunun dəyişməyi nə ilə bağlı idi?
- Həmin vaxt meydana baxışda olan gənc futbolçular çıxdılar. Bununla da, matçın axarı dəyişdi.
- Görüşdən sonra rəhbərlik sizə nə dedi?
- Klubumuzun prezidenti Valeri Pesenko soyunub-geyinmə otağına gəldi. O, bizi ruhlandırdı. Dedi ki, hər şey normaldır, oyun onun xoşuna gəlib. Baş məşqçimiz Maksim Bokov da razı qalıb. Görünür ki, perspektiv var, bu sevindirici haldır.
- Bu gün aparıcı futbolçularınız meydana çıxmamışdı. Bu nə ilə bağlı idi?
- Bu gün həm də ona görə çətin idi ki, biz yalnız bir hücumçu Korçaqinlə oynayırdıq. Dörd futbolçu Belov, Xomutov. Uzoykin, Mixaylov ailələrinin yanına gedib, Saplinlə Sapoqov isə zədəlidir.
- Komanda bundan sonra necə hazırlaşacaq?
- Fevralın 21-də Türkiyəyə növbəti təlim-məşq toplanışına yollanırıq. Ümid edirəm ki, orada lazımi oyun kondisiyası yığacağıq. Hər şey yaxşı olacaq.

0
0