Yığmamızın toplanışının vaxtı dəyişdirildi
19.02.2010 - 18:43
Yığmamızın toplanışının vaxtı dəyişdirildi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının hazırlıq planında dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın Şağan Olimpiya İdman Kompleksində keçirəcəyi təlim-məşq toplanışının vaxtı dəyişdirilib. Hazırlıqların fevralın 22-dən 28-dək davam edəcəyi nəzərdə tutulsa da toplanış 2 gün gec başlayacaq. Ayın 24-də bir araya gələcək Emil Cabbarovun yetirmələri martın 2-dək hazırlıq keçəcək.