“Vaqif Cavadov 16 qol vurmamışdı ki...” – MÜSAHİBƏ
20.02.2010 - 00:42
Son vaxtlar oynadığı futbolla, vurduğu qollarla diqqətləri üzərinə çəkən “Qarabağ”ın gənc üzvü Əfran İsmayılov Unibank və PFL-in birgə keçirdiyi sorğuya əsasən dekabr ayının ən yaxşı futbolçusu seçildi. Onun Ağdam klubundakı uğurlu çıxışı milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun da diqqətindən yayınmadı. Belə ki, bu vaxta qədər 21 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alan gənc yarımmüdafiəçi bu dəfə əsas yığmaya çağırılıb. İsmayılovla “Uni Plaza”da ayın ən yaxşı futbolçusunun təqdimetmə mərasimdə söhbətləşdik. Sevincini gizlədə bilməyən Əfran, onun bu səviyyəyə çatmasında əməyi olan hər kəsə təşəkkür etdi.
- Əvvəlcə, dekabr ayının futbolçusu seçilməyin münasibətilə səni təbrik edirik. İstərdik bununla bağlı fikirlərini bildirəsən...
- Ayın futbolçusu seçilməyim məni sevindirir. Ümumiyyətlə, son günlər sevincimin həddi-hüdudu yoxdur. Əvvəlcə milli komandaya dəvət aldım, indi də ayın futbolçusu seçildim. Nə deyə bilərəm? Mənə səs verib, ayın futbolçusu seçənlərin hər birinə minnətdarlığımı bildirirəm. Ancaq bununla kifayətlənmək niyyətində deyiləm. Çalışacağam ki, ayın yox, ilin futbolçusu adına layiq görülüm. Əlbəttə, bunun üçün öz üzərimdə daha çox çalışmalıyam. Bu səviyyəyə çatmağımda baş məşqçimiz Qurban Qurbanovun, “Qarabağ”ın rəhbərliyinin və Rəşad Sadıqovun böyük əməyi olub. Qəzetiniz vasitəsilə onların hər birinə öz dərin təşəkkürümü çatdırıram. Məni seçib dəstək olanlara da çox sağ ol deyirəm. Sağ olsunlar ki, əməyimi qiymətləndirirlər.
- Yeri gəlmişkən, milli komandanın baş məşqçisi Berti Foqtsun açıqladığı siyahıda sənin də adın var. Maraqlıdır, milliyə dəvət olunacağını gözləyirdinmi?
- Hər bir futbolçu milli komandanın şərəfini qorumaq istəyir. Həmçinin mən də. Son vaxtlar komandamın heyətində mütəmadi olaraq oynayırdım. Açığı, dəvət alacağımı gözləyirdim. Milliyə düşmək özü bir məsuliyyətdir. Çalışacağam ki, özümü yaxşı tərəfdən göstərim və ümidləri doğruldum. Yəni milliyə mütəmadi dəvət almağım, əsas heyətdə oynamağım özümdən asılıdır.
- Vaqifin “Tvente”ye transfer olunmasından sonra komandanın qol vurmaqda müəyyən çətinliklər gözə çarpır. Səncə, “Qarabağ” Vaqifin yoxluğunu çoxmu hiss edir?
- Vaqifin karyerasını ölkə xaricində davam etdirməsi hər birimizi sevindirir. Bu, Azərbaycan futbolunun inkişafda olmasından xəbər verir. Əlbəttə, onun “Tvente” kimi bir kluba transfer olunmasında “Qarabağ”ın yürütdüyü siyasətin, həm də baş məşqçimiz Qurban Qurbanovun böyük rolu oldu. Yəni “Qarabağ” yerli uşaqlarla güvənməsəydi, Qurban müəllim də Vaqifə etimad bəsləyib oynatmasaydı, zənnimcə, bu gün fərqli söhbət edərdik. Ancaq əvəzedilməz futbolçu yoxdur. Vaqifin komandaya verdiyi xeyir göz qabağında idi. Bir neçə oyunda həlledici qollara imza atmışdı. Vaqif 4 dəfə fərqlənib, mən də 4 qol vurmuşam. Biz əsasən komanda oyununa üstünlük veririk. Mənim və ya başqasının qol vurmasının elə də böyük əhəmiyyəti yoxdur. Demək istədiyim odur ki, Vaqif 16 qol vurmamışdı ki, deyək komandanı arxasınca aparırdı. Hər oyunda bir nəfər çıxıb məsuliyyəti üzərinə götürüb fərqlənir. Vaqifin Hollandiyaya transfer olunması hər birimizi sevindirir. O, bizim fəxrimizdir. İnşallah, Hollandiyadakı karyerası uğurlu olar, vurduğu qollarla bizi sevindirər.
- Dekabr ayının ən yaxşı futbolçusu seçilən Əfran İsmayılov seçim qarşısında qalsaydı, hansı futbolçunu seçərdi?
- Öz komanda yoldaşlarımdan heç kimi seçə bilmərəm?
- Seçə bilərsən. Bu, sənin seçimindir.
- (Bir qədər fikirləşir) Mən dekabrın ən yaxşı futbolçusu Vurğun Hüseynovu seçərdim.
- Nəyə görə öz komanda yoldaşlarından birini yox, məhz Vurğun Hüseynov?
- “Qəbələ”nin heyətində daim meydana çıxır. Müdafiə xəttində çox inamlı təsir bağışlayır. Bundan əlavə, imkan düşəndə fərqlənməyi də bacarır. Bildiyimə görə, komandasına vacib 4 xal qazandırıb. İnanıram ki, qısa zaman ərzində o da milliyə dəvət alacaq. Açığı, onun oyununu çox bəyənirəm. Bir müdafiəçi kimi onu keçmək çətindir. Arxa xətdə komandasına çox kömək edir.
- Artıq Unibank Premyer Liqasını ilkin mərhələsi başa çatmaq üzrədir. Qarşıda ilk “altılıq”da oyunlar var. Təbii ki, “altılıq”dakı oyunlar daha gərgin, daha maraqlı keçəcək. Sən ikinci mərhələdəki oyunlardan nə gözləyirsən?
- Həqiqətən “altılıq”dakı oyunlar çətin olacaq. Komandamız yerli uşaqlardan təşkil olunub. Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ın adına layiq mübarizə aparaq. Zirvəyə çıxmaq asandır, orada qalmaq çətindir. Çalışacağıq ki, uğurlu nəticələri davam etdirək. Aydın məsələdir ki, çempionluq uğrunda mübarizə aparacağıq. Minimum məqsədimiz isə Avropa Liqasına vəsiqə qazanmaqdır. Sübut etmək istəyirik ki, bizim əldə etdiyimiz nəticələr təsadüfi deyil.
- Ayın futbolçusu seçilməyinin gələcək karyerana mənfi və ya müsbət mənada nə kimi təsiri ola bilər?
- Artıq 22 yaşım var. Yəni uşaq deyiləm. Elə bir mühitdəyəm ki, futboldan başqa heç nə fikirləşə bilmirəm. Yatanda da, duranda da futbol barədə fikirləşirik. Ona görə də “ulduz xəstəliyinə tutulacaq” fikri ilə razılaşmıram. Bizim komandaya nəzər yetirsəniz, görərsiniz ki, “Qarabağ”ın heç bir üzvü belə bir xəstəliyə tutulmayıb. Müsbət tərəfinə gəlincə, ayın futbolçusu seçilməyim məsuliyyətimi daha da artırır. Bayaq da dediyim kimi, məqsədim ayın yox, ilin futbolçusu seçilməkdir. Bu da üzərimdə daha çox çalışmağıma səbəb olacaq. Milli komandaya dəvət almağım da mənə bəslənilən ümidin nəticəsidir. Bu cür mükafatlar futbolçunu daha da ruhlandırır.
- Maraqlıdır, ayın ən yaxşı futbolçusu seçilməklə bərabər 1111 manat mükafat aldın. Bu məbləği necə istifadə edəcəyini müəyyənləşdirmisənmi? Misal üçün, komanda yoldaşlarına qonaqlıq vermək kimi bir planın, fikrin varmı?
- Açığı, bu barədə fikirləşməmişəm. Pulun elə bir əhəmiyyəti yoxdur. Yəqin ki, evə verərəm (gülür).
Mənbə: “Futbol dünyası” qəzeti

0
0