Əvvəl bizimlə, indi türklərlə
20.02.2010 - 11:16
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində rəqibi olan Türkiyənin yoldaşlıq görüşündə növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” yığmamızın məğlubiyyətə uğratdığı Çexiya komandasını sınağa çəkəcək. Bu oyun mayın 22-də Çexiyada baş tutacaq. Bundan sonra hər iki kollektiv ABŞ-a yollanacaq. Çexlər ABŞ yığmasının mayın 25-də qonağı olacaq. Bundan 4 gün sonra isə amerikalılar Filadelfiya şəhərində türklərlə qarşılaşacaqlar.
Qeyd edək ki, Çexiya yığması sonuncu oyununu ötən ilin noyabrında Birləşmiş Ərəb Əmirlikləri şəhərində keçirilən beynəlxalq turnir çərçivəsində milli komandamızla keçirib. Üçüncü yer uğrunda baş tutan həmin görüşdə 0:2 hesabı ilə uduzan çexlərin bu məğlubiyyəti ölkələrində rüsvayçılıq kimi qəbul olundu. Onların 3 aparıcı futbolçusu - qapıçı Peter Çex (“Çelsi), yarımmüdafiəçi Tomaş Rositski (“Arsenal”) və Milan Baroş (“Qalatasaray”) zədəli olduqları üçün nəinki yığmamıza qarşı oynamamışlar, ümumiyyətlə, turnirə aparılmamışdılar. İndi Çexiya yığmasının məşqçilər korpusunu həmin “üçlüy”ün Türkiyəyə qarşı oynayıb-oynamayacağı narahat edir. Çex, Rositki çıxış etdikləri Çempionlar Liqasında, Baroş isə Avroliqada finala çıxa bilməsə, milli komandanın düşərgəsinə gələ biləcək.

0
0