Futbolda növbəti rekord
20.02.2010 - 12:46
Braziliya dünya futbolunda növbəti rekord müəyyənləşdirib. Apasport.az-ın məşhur transfermarket.de saytına istinadən verdiyi məlumata görə, ötən il bu ölkəni 1000-dən artıq futbolçu tərk edib. Bu isə o deməkdir ki, Braziliya dünya futbolunda ən əsas ixracatçıdır.
Əsasən Avropaya üz tutan həmin 1017 futbolçu daha çox (181) Portuqaliya klublarına keçib. Bu göstəricidə 2-ci yeri Almaniya tutur - 60 futbolçu. Lakin 1017 futbolçudan 707-si xaricdə uğur qazana bilməyərək, bu ilin əvvəlinədək vətənə dönüblər.
Qeyd edək ki, Braziliya milli komandalar arasında ən çox dünya çempionu olan (5 dəfə) ölkədir.

0
0