Yığmamızın oyunundakı norveçlilərin tam siyahısı
02.03.2010 - 15:27
Yığmamızın oyunundakı norveçlilərin tam siyahısı
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şotlandiya – Azərbaycan oyununu idarə edəcək hakimlər briqadasının tam tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün Falkirk şəhərinin eyni adlı stadionunda baş tutacaq görüşün norveçli baş hakimi Ken Henri Yonsenə həmyerliləri kömək edəcək.

Bu ildən FİFA hakimi statusu daşıyan 35 yaşlı referinin beynəlxalq təcrübəsi Avropa Liqasının matçları zamanı qapının arxasında dayanan ədalət təmsilçisi olmaqdan ibarətdir. Millimizin oyununda Yonsen Kim Tomas Haqlund, Sveyn İnqe Viken və Tom Harald Haqen kömək edəcək.

Qeyd edək ki, seçmə mərhələdə 6-cı oyununa çıxacaq millimiz ilk 5 oyunda xal qazana bilməyib.
0