Mahir Şükürov “Anji”nin ən yaxşısı seçildi!
03.03.2010 - 10:41
Mahir Şükürov “Anji”nin ən yaxşısı seçildi!
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov Rusiyanın “Anji” klubunun ən yaxşı transferi sayılır. Apasport.az saytının məlumatına görə, rus həmkarlarımız Premyer Liqalarında bu ay startı veriləcək yeni mövsümün startına az qalmış Mahaçqala təmsilçisini dəyərləndirib və 28 yaşlı futbolçumuzu xüsusilə qeyd ediblər.

Onların fikrincə, “Anji”ni mövsümlərarası fasilədə ən ciddi gücləndirən futbolçu məhz Mahirdir. Ruslar məhz Şükürovun çıxış etdiyi müdafiənin sağ cinahının baş məşqçi Omari Tetradzedə həmişə başağrısı olduğunu hesab edir. Həmkarımız milli komandamızın aparıcı futbolçusunu, müdafiə ilə yanaşı, yarımmüdafiənin sağ cinahında oynaya bilən Mahirin gəlişindən sonra bu mövqedə problemin olmayacağını bildirir.

Şükürovun “Anji”yə keçidi ilə bağlı fikirləri də sitat gətirilib: “Mən klub rəhbərliyi ilə iki illik müqavilənin imzalanması ilə bağlı razılığa gəlmişəm. Bakı ilə Mahaçqala arasında məsafə elə də böyük deyil. Buna görə də həmin yolu 4-5 saata qət edə bilərəm. Evimə yaxın olmaq istəyirdim”.

Rus jurnalistin “Göründüyü kimi, Şükürov hər şeydən razıdır” deməsi Mahirin transferi ilə rahat olmalarına işarədir.

Qeyd edək ki, Şükürov “Anji”yə bu ilin yanvarında Bakının “İnter” klubundan keçib.
0