Vaqif Cavadovdan xoş xəbər
03.03.2010 - 10:55
Vaqif Cavadovdan xoş xəbər
“Əməliyyat uğurlu keçdi. Vəziyyətim getdikcə yaxşılaşır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.

Yanvarda “Qarabağ”dan Hollandiyanın “Tvente” klubuna keçəndən sonra məşqdə aldığı zədəyə görə cərrahiyyə əməliyyatı olunan 21 yaşlı hücumçu hazırda Lüksemburqda milli komandamızın düşərgəsindədir. Ancaq Vaqif hazırda bərpa prosesi keçdiyi üçün bu gün keçiriləcək yoldaşlıq görüşündə iştirak edə bilməyəcək: “Hələ ki məşqləri kənardan izləyirəm. Həkimlərin qənaətinə görə, sabahdan müntəzəm məşqlərə başlaya bilərəm”.
0