Azərbaycan yığması Avstriyanı sevindirdi
03.03.2010 - 11:10
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şotlandiya ilə səfərdə heç-heçə etməsi böyük sevinclə qarşılanıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələrinin Falkirk şəhərinin eyni adlı stadionundakı 2:2 hesablı nəticəsi ölkəmizlə yanaşı, Avstriya və Belarusda da bayram kimi qəbul olunub.
Avropa çempionatının final mərhələsinə çıxmaq iddiasında olan bu iki komanda qrup qalibi adına digər namizəd – Şotlandiyanın 2 xal itirməsinə sevinib. Avstriyalıların da Albaniya ilə matçda büdrədiyini nəzərə alsaq, autsayderlərə xal verməyən Belarus indi daha yaxşı vəziyyətdədir. Şotlandiya – Azərbaycan oyunu turnir cədvəlində dəyişikliyə səbəb olmasa da, belaruslular vahid potensial liderliyi ələ keçirib. Bu heç-heçədən sonra millimiz sonuncu pilləni tərk etmək şansı yaxalayıb. Artıq növbəti qarşılaşma yığmamız üçün final xarakteri daşıyacaq. Bakıda Albaniyanı udacağı halda, komandamız 4-cü pilləyə yüksələ bilər.
Qrupumuzda qalan oyunlar:
11.08.2010. Avstriya – Belarus
04.09.2010. Belarus – Şotlandiya və Azərbaycan – Albaniya
07.09.2010 Şotlandiya – Avstriya və Belarus - Azərbaycan

1 | Avstriya | 6 | 4 | 1 | 1 | 13-6 | 13 |
2 | Şotlandiya | 6 | 4 | 1 | 1 | 13-5 | 13 |
3 | Belarus | 5 | 4 | 0 | 1 | 11-7 | 12 |
4 | Albaniya | 7 | 1 | 1 | 5 | 9-17 | 4 |
5 | Azərbaycan | 6 | 0 | 1 | 5 | 5-16 | 1 |

0
0