“Yubkalılar” futbolçularımızı ofsayda sala bilmədi
03.03.2010 - 11:38
“Yubkalılar” futbolçularımızı ofsayda sala bilmədi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin Şotlandiya ilə oyunundakı göstəriciləri məlum olub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri britaniyalılarla qarşılaşmada yalnız ən vacib olan - qol sayında rəqibindən geri qalmayıb.

Matçın 31-ci dəqiqəsində komandamızı azlıqda qoyan Tural Axundovun qırmızı vərəqə almasından sonra daha ehtiyatlı oynayan millimiz qapıya zərbələr və künc zərbələrində təxminən iki dəfə geri qalıb. Meydan sahibləri ilə müqayisədə bizimkilər təxminən elə iki dəfə çox qayda pozub, vərəqə alıb. Lakin “yubkalılar”la matçda millimizin futbolçuları oyundankənar vəziyyətə düşməyiblər. Şotlandlar isə iki dəfə ofsaydda qalıb.

Şotlandiya

Azərbaycan

2

Qollar

2

15

Qapıya zərbələr

8

2

Sarı vərəqələr

4

0

Qırmızı vərəqələr

1

6

Qayda pozuntuları

10

10

Künc zərbələri

5

2

Oyundan kənar vəziyyət

0

0